Premyer Liqa klubunda bənzər üçüncü olay - Bu dəfə nələr baş verəcək.

22:20 Araz-Naxçıvan 127
Premyer Liqa klubunda bənzər üçüncü olay - Bu dəfə nələr baş verəcək.

“Araz-Naxçıvan”da altıncı turdan sonra baş məşqçi dəyişikliyi baş verdi. Klub rəhbərliyi nəticələri məqbul hesab etmədi və Cavid Hüseynovla yolları ayırdı.

Artıq onu əvəzləyəcək şəxs də məlumdur. Bu, ukraynalı mütəxəssis Yuri Maksimovdur.

Maksimov bizə tanış simadır. O, bir vaxtlar “Keşlə"də (indiki "Şamaxı") fəaliyyət göstərib və Azərbaycan Kubokunu qazanmaqla yadda qalıb.

Bu dəyişiklik isə “Araz-Naxçıvan” tarixində yeni deyil. Biz artıq buna alışmışıq. Dörd mövsümdür Premyer Liqada çıxış edən muxtar respublika təmsilçisində bu müddətdə artıq üçüncü dəfədir ki, mövsümün gedişində baş məşqçi dəyişikliyi yaşanır.

İlk dəfə klub mövsümün gedişində Azər Bağırovla yolları ayırıb onun yerinə Elmar Baxşiyevi gətirmişdi. Həmin mövsüm Elmar Baxşiyev vəziyyətə ciddi müdaxilə edə bilmədi. Yalnız növbəti mövsümdə Baxşiyev uğurlu nəticələrə imza atmağı bacardı.

İkinci belə hal isə Elmar Baxşiyevlə bağlı yaşandı. Ötən mövsümün gedişində onunla yollar ayrıldı və Anatoli Demyanenko baş məşqçi postuna gətirildi.

Lakin bu dəyişiklik də effektiv olmadı. Əksinə, Baxşiyevin dönəmində əldə olunan yaxşı nəticələr yerini daha uğursuz nəticələrə verdi. Komanda nə turnir cədvəlində irəliləyə bildi, nə də xal ehtiyatını daha yaxşı zənginləşdirə bildi. Nəticədə mövsümün sonunda Demyanenko ilə də yollar ayrıldı.

İndi isə üçüncü bənzər hal yaşanır. Cavid Hüseynovla yollar ayrılır, onun yerinə əcnəbi mütəxəssis gətirilib.

Atalarımız üçdən deyib, izləyək görək “Araz-Naxçıvan”ın üçüncü məşqçi dəyişikliyi əvvəlki iki cəhddən fərqli olaraq necə effekt verəcək.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...