"Güclənsək, daha yaxşı olar - Hər şeyi götür-qoy edib, qərar verəcəklər"

22 May 2022 18:00 Qəbələ 611
"Güclənsək, daha yaxşı olar - Hər şeyi götür-qoy edib, qərar verəcəklər"

"İnşallah, Avropada da komanda şəklində ölkəmizi layiqli şəkildə təmsil edərik".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin müdafiəçisi Ürfan Abbasov deyib.

Əyalət klubu buy ay Konfrans Liqasında mübarizə aparacaq.

"Qırmızı-qaralar" Premyer Liqada 4-cü yer tutaraq, üç illik fasilədən sonra qitə arenasına qayıdıb.

Komandanın lideri Konfrans Liqasında uğurlu çıxış etməyə çalışacaqlarını və bunun üçün heyətin güclənməli olduğunu dilə gətirib:

"Yəqin ki, rəhbərlik də heyətin güclənməsi barədə qərarlar verəcək. Məncə, güclənsək, daha yaxşı olar. Hər şeyi götür-qoy edib, qərar verəcəklər".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"