Əcnəbi hücumçu “Neftçi”nin “solaxay”ına “ilişdi” - FOTO

9 Sentyabr 21:20 Neftçi 1 509
Əcnəbi hücumçu “Neftçi”nin “solaxay”ına “ilişdi” - FOTO

“Neftçi”nin “Şəfa”nı 4:1 hesabı ilə məğlub etdiyi oyuna Rüfət Abbasov damğasını vurdu.

Rəqib qapısının torunu baxımlı qolla silkələyən millimizin üzvü digər qollarda da yaxından iştirak etməklə oyunun adamına çevrildi.

Rüfətin işlək olmayan sağ ayağı ilə vurduğui qol təkcə “Neftçi” azarkeşlərinin könlünə yol tapmayıb.

Həmin qola “Qəbələ”nin hücumçusu Karim Rossi da münaibət bildirib.

Bölgə təmsilçisinin “9 nömrə”si “Neftçi”nin “instagram” hesabında yer alan videogörüntüyə maraqlı şərh yazıb. Həm də başqa dildə yox, məhz bizim dilimdə - azərbaycanca:

“Qardaş, bilmirdim sağ ayağın da var. Əla qoldur”.

Rossinin Abbasova “ilişməsi” boşuna deyil. Belə ki, onlar ötən mövsüm “Şamaxı”da komanda yoldaşı olublar.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə