Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində “Barselona” möhtəşəm qələbə ilə start verib.
Sportinfo.az xəbər verir ki, 1-ci turun ilk matçında Kataloniya təmsilçisi “Kamp Nou”da "Feyenoord”u 5:1 darmadağın edib
Meydan sahibləri oyuna sürətli başlayıblar. 3-cü dəqiqədə Rafinya hesabı açıb. 22-ci dəqiqədə Karim Adeyemi komandasının üstünlüyünü iki qata çatdırıb.
İkinci hissənin 57-ci dəqiqəsində Rafinya dublunu rəsmiləşdirərək Çempionlar Liqasında özünün 20 və 21-ci qollarına imza atıb.
77-ci dəqiqədə Lamin Yamal möhtəşəm cərimə zərbəsi ilə hesabı 4:0 edib. Bu, gənc ulduzun turnirdəki 12-ci qolu olub.
82-ci dəqiqədə qonaqlardan Sem Steyn təsəlli qolunu vursa da, 85-ci dəqiqədə son nöqtəni əvəzedilmədən oyuna daxil olan Qabriel Jezus qoyub.
Bu, braziliyalı hücumçunun Kataloniya klubunun forması ilə vurduğu ilk qol kimi tarixə düşüb.
