Millinin 78 yaşlı baş məşqçisi ilə yeni sözləşmə imzalandı - BİRİLLİK

01:30 Dünya futbolu 47
Millinin 78 yaşlı baş məşqçisi ilə yeni sözləşmə imzalandı - BİRİLLİK

Kürasao Futbol Federasiyası milli komandanın baş məşqçisi Dik Advokatla bağlı qərar qəbul edib.

Sportinfo.az xəbər verir ki, niderlandlı mütəxəssisin başa çatan müqaviləsinin müddəti artırılıb.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

78 yaşlı məşqçi ilə 2027-ci ilin 31 iyul tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Dik Advokat 2024-cü ilin yanvarında Kürasao yığmasının baş məşqçisi vəzifəsinə təyin olunub. Komanda onun rəhbərliyi altında ilk dəfə dünya çempionatınaa vəsiqə qazanıb və DÇ-2026-da iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti
9 Sentyabr 23:40 Yeganə qol - VİDEO
9 Sentyabr 17:30 Çək və bizə göndər!
9 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM