"Abdullah Zubir istənilən kluba keçmək potensialına malik futbolçudur".
Sportinfo.az xəbər verir ki ,bunu "report"a "Qarabağ"ın Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev deyib.
O, Səudiyyə Ərəbistanından "Əl-Oruba"ya keçidi baş tutmayan fransalı vingerin Ağdam təmsilçisinə qayıtmaq ehtimalı barədə danışıb:
"Abdullah Zubir artıq "Qarabağ"dan ayrılıb. Onunla bağlı bizdə əlavə, yeni məlumat yoxdur.
Bilinən odur ki, hazırda azad agent statusu daşıyan oyunçudur. Zubir istənilən kluba keçmək potensialına malik futbolçudur".
2018-ci ilin yayında "Qarabağ"a qoşulan Abdullah Zubir ötən ay komandadan ayrılıb.
