AFFA bu yeniliyi ilk dəfə edir - Harada azərbaycanlı futbolçu varsa…

00:50 Bizimkilər 68
AFFA bu yeniliyi ilk dəfə edir - Harada azərbaycanlı futbolçu varsa…

AFFA xaricdə yaşayan və futbol oynayan azərbaycanlı futbolçularla bağlı məlumatların toplanmasına başlayıb.

Sportinfo.az xəbər verir ki, AFFA 2006-2015-ci il təvəllüdlü, əsasən Avropada yaşayan futbolçular barədə məlumat bazası yaratmağı planlaşdırır.

Toplanacaq məlumatlar arasında oyunçuların yaşı, yaşadığı ölkə, çıxış etdiyi klub və liqa, həmçinin daha əvvəl regional, əyalət, milli və ya seçmə komandalara dəvət alıb-almadığı yer alacaq.

Layihənin əsas məqsədi xaricdə futbol oynayan azərbaycanlı futbolçuları müəyyənləşdirmək, onların inkişafını izləmək və perspektivli oyunçularla əlaqə yaratmaqdır.

Məlumatların AFFA-nın Futbolun İnkişafı Departamenti vasitəsilə toplanacağı bildirilib.

Digər Xəbərlər
Xəbər Lenti
9 Sentyabr 23:40 Yeganə qol - VİDEO
9 Sentyabr 17:30 Çək və bizə göndər!
9 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM