“Real”ın qapıçısı Tibo Kurtua Belçika millisinin UEFA Millətlər Liqasındakı oyunlarında iştirak etməyəcək.
34 yaşlı qolkiper bu qərarı millinin baş məşqçisi Mark van Bommellə görüşdən sonra qəbul edib.
Sportinfo.az “Nieuwsblad”-a istinadən xəbər verir ki, belçikalı futbolçu 2028-ci il Avropa çempionatında oynamağa hazır olduğunu bildirib:
“Mark van Bommellə söhbətdən sonra qərara gəldim ki, baş məşqçinin zədə ilə bağlı problemi yaranmasa, Millətlər Liqasında oynamayacam.
2028-ci il Avropa çempionatının seçmə mərhələsində oynamağa hazıram.
Ancaq baş məşqçi mənə bildirdi ki, Millətlər Liqasında oynayacaq qapıçının çıxışı onu qane edəcəyi təqdirdə, əsas heyətdə yerimi təmin edə bilməz. Mən isə heyətdəki yer uğrunda mübarizə aparmaq istəyirəm”.
Kurtua daha əvvəl Belçika millisinin baş məşqçisi Domeniko Tedesko ilə yaşadığı insidentə görə yığma komandadakı karyerasını dayandırmışdı.
Qapıçı, Tedeskonun istefasından sonra, 2025-ci ilin qışında Belçika yığmasına qayıdıb.
Kurtua Belçika millisində debütünü 2011-ci ilin noyabrında edib. O, indiyədək yığmanın heyətində 115 oyuna çıxıb, 90 qol buraxıb və bu matçların 57-də qapısını toxunulmaz saxlayıb.
Belçika millisi Millətlər Liqasında Fransa, İtaliya və Türkiyə yığmaları ilə eyni qrupda mübarizə aparacaq.
