Ronaldo karyerasında 979-cu qolunu bu komandaya vurdu

10 Sentyabr 01:40 Dünya futbolu 427
Ronaldo karyerasında 979-cu qolunu bu komandaya vurdu

Kriştiano Ronaldo “Əl-Nəsr”lə “Əbha” arasında keçirilən matçda hesabı açıb.

Sportinfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanı çempionatının 6-cı turunda hazırda da davam edən oyunun 22-ci dəqiqəsində hücumçu Anjelo Qabrielin künc zərbəsindən etdiyi asisti başla tamamlayıb.

Bu, portuqaliyalı futbolçunun karyerasında 979-cu qoludur. Ronaldo klub səviyyəsində 833, milli komandanın heyətində isə 146 qol vurub.

Əlavə edək ki, bu qolla ulduz futbolçu yeni mövsümdə komandası ilə 5-ci matçda 3-cü dəfə fəqlənib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib