Yığmamızın DÇ-2028-dəki rəqibi Gürcüstan üzərində qələbə qazandı

10 Sentyabr 03:50 Futzal 903
Yığmamızın DÇ-2028-dəki rəqibi Gürcüstan üzərində qələbə qazandı

DÇ-2028-in əsas mərhələsində Azərbaycan millisinin rəqibi olacaq Çexiya yoldaşlıq oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, Tiflis Olimpiya Sarayında baş tutan matçda Gürcüstan yığması ilə qarşılaşan rəqibimiz 3:2 hesabı ilə qələbə qazanıb.

Hesabı Kunster açıb. Millidə debüt edən Bişko fərqi 2 topa çatdırıb. Daha sonra meydan sahibləri ardıcıl 2 qol vurmaqla hesaba tarazlıq gətirib. Lakin Drozd dəqiq oynamaqla sona yaxın komandasına qələbə qazandırıb.

Bu komandalar arasında növbəti oyun sabah – sentyabrın 10-da, saat 19:00-da eyni məkanda keçiriləcək.

Azərbaycan millisi Çexiya yığması ilə oktyabrın 16-da səfərdə, noyabrın 5-də isə doğma meydanda qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM