Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda "Mançester Yunayted"in qonağı olacaq "Sabah" matça ciddi itki ilə çıxacaq.
Sportinfo.az xəbər verir ki, komandanın aparıcı üzvlərindən olan Stiv Solvet zədə səbəbindən bu matçı buraxacaq.
Ayağı burxulan 30 yaşlı mərkəz müdafiəçisi sabah keçiriləcək vacib matça hazır deyil.
Bir neçə gün əvvəl zədələnən Umarali Raxmonaliyev isə artıq sıraya qoşulub. Onun meydana çıxıb-çıxmayacağına isə oyun günü məşqçilər korpusu qərar verəcək.
Hər iki legioner Misli Premyer Liqasının 4-cü turunda "Zirə" ilə görüşdə zədələnib.
"Mançester Yunayted" - "Sabah" matçı sentyabrın 10-da "Old-Trafford"da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
