Milli Paralimpiya Komitəsində onlarla görüş keçirildi

05:00 Taekvondo 51
Milli Paralimpiya Komitəsində onlarla görüş keçirildi

Milli Paralimpiya Komitəsinin (MPK) rəhbərliyi Cənubi Koreyada keçirilən "Muju Qran-pri" turnirində uğur qazanan parataekvondo üzrə Azərbaycan millisinin üzvləri ilə görüşüb.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Tədbirdə yarışda K44 kateqoriyası üzrə 58 kq çəki dərəcəsində qızıl medal qazanan Sabir Zeynalov, İmaməddin Xəlilov və milli komandanın baş məşqçisi Fərid Tağızadə iştirak ediblər.

Görüş zamanı idmançıların yarış təəssüratları və əldə olunan nəticələr ətrafında fikir mübadiləsi aparılıb, həmçinin ilin sonunadək keçiriləcək beynəlxalq turnirlər və noyabrda baş tutacaq dünya çempionatına hazırlıq prosesi müzakirə olunub.

Tədbirdə MPK-nın baş katibi Toğrul Rəhimov, İdman şöbəsinin müdiri Cavad Axundzadə və digər komitə rəsmiləri də yer alıblar.

Digər Xəbərlər
Xəbər Lenti
9 Sentyabr 23:40 Yeganə qol - VİDEO
9 Sentyabr 17:30 Çək və bizə göndər!
9 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM