Ölkəmizdən iki nəfər Avropa çempionatında finala yüksəldi

04:50 Digər növlər 80
Ölkəmizdən iki nəfər Avropa çempionatında finala yüksəldi

Azərbaycan paraüzgüçüləri Raman Salei və Əli Vəliyev Türkiyənin Kocaeli şəhərində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıblar.

Sportinfo.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən bildirilib.

S12 kateqoriyasında çıxış edən R.Salei təsnifat mərhələsində 50 metr məsafəyə sərbəst üsulla üzməkdə 24,70 saniyə nəticə ilə həlledici mərhələyə adlayıb.

S10 kateqoriyasında yer alan yeniyetmə paraüzgüçü Əli Vəliyev isə 400 metr məsafəyə sərbəs üsulla üzməkdə birbaşa finalda yarışacaq.

Yarışın ilk iki günündə təcrübəli paralimpiyaçı Raman Salei 100 metr məsafəyə arxasıüstə üzməkdə (1:03.55) 4-cü, 100 metr məsafəyə kəpənək ("butterfly") üsulunda (59,18) isə 5-ci pillədə qərarlaşıb.

Əli Vəliyev isə 200 metr məsafəyə qarışıq üsulla üzməkdə (2:32.99) finalı 8-ci pillədə başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti
9 Sentyabr 23:40 Yeganə qol - VİDEO
9 Sentyabr 17:30 Çək və bizə göndər!
9 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM