“Barselona”nın hücumçusu Lamin Yamal bu mövsüm üçün şəxsi və komanda məqsədlərindən danışıb.
Sportinfoaz xarici KİV-ə istinadən xəbər verir ki, 19 yaşlı futbolçu UEFA Çempionlar Liqasının əsas mərhələsinin 1-ci turunda “Feyenoord”la keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb:
“Bu mövsüm üçün məqsədlər? Komanda səviyyəsində titullar qazanmağa davam etmək istəyirik.
Şəxsi məqsədim isə inkişafımı davam etdirməkdir. Mən hələ çox gəncəm və öz üzərimdə işləyərək daha da yaxşılaşa bilərəm. Əsas məqsədim budur”.
İspaniyalı futbolçu 2026/27 mövsümünün startında “Barselona”nın heyətində La Liqada 4 oyunda iştirak edib və 4 qol vurub.
“Barselona” – “Feyenoord” qarşılaşması bu gün saat 20:45-də, “Kamp Nou” stadionunda keçiriləcək.
Kataloniyalılar Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda, noyabrın 25-də Bakıdakı Olimpiya stadionunda “Sabah”ın qonağı olacaq.
