Azərbaycan klubunun Çempionlar Liqasını qazanmaq şansı var? - FOTO

10 Sentyabr 02:00 Sabah 451
Azərbaycan klubunun Çempionlar Liqasını qazanmaq şansı var? - FOTO

İngiltərənin "Opta" futbolda statistik və analitika şirkəti 2026/27 mövsümü üçün Çempionlar Liqasında komandaların mərhələləri keçmək və turnirin qalibi olmaq şanslarını hesablayıb.

Sportinfo.az xəbər verir ki, superkompüterin açıqladığı proqnoza əsasən, turnirin əsas favoriti “Arsenal”dır. London klubunun Çempionlar Liqasını qazanmaq ehtimalı 20,9 faiz qiymətləndirilib.

2-ci sırada “Bavariya” (19,4 faiz), 3-cü yerdə “Mançester Siti” (12,3 faiz) qərarlaşıb. “Barselona”nın çempionluq şansı 8,2, PSJ-nin 7,1, “Liverpul”un isə 6,1 faiz göstərilib.

Azərbaycan təmsilçisi “Sabah” isə 34-cü yerdədir. Bakı klubunun pley-off mərhələsinə yüksəlmək ehtimalı 15,9 faiz, 1/8 finala çıxmaq şansı isə 4,8 faiz hesablanıb.

“Sabah”ın 1/4 finala yüksəlmək ehtimalı 0,9, yarımfinala çıxmaq şansı 0,2, finala yüksəlmək ehtimalı isə 0,1 faizdir. Turnirin qalibi olmaq ehtimalı 0 faiz göstərilib.

“Opta”nın proqnozuna görə, ən aşağı göstərici “Slovan” və “Şaxtyor”a məxsusdur. Onlar müvafiq olaraq 35-ci və 36-cı yerlərdə qərarlaşıblar.

Turnirdə iştirak edəcək bütün 36 komandanın şansları

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə