Şeydayevə 10 dəqiqə vaxt verildi, “Dinamo”ya uduzdular

10 Sentyabr 02:50 Bizimkilər 444
Şeydayevə 10 dəqiqə vaxt verildi, “Dinamo”ya uduzdular

Ramil Şeydayevin çıxış etdiyi “Soçi” Rusiya Kubokunun 2-ci mərhələsində səfərdə Sankt-Peterburq “Dinamo”su ilə qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hesabı 35-ci dəqiqədə M.Polkovnikov açıb. 58-ci dəqiqədə isə A.Masalov fərqi ikiyə çatdıraraq matçda son nöqtəni qoyub.

Ramil Şeydayev matçın ehtiyat oyunçular skamyasında yer alıb və qarşılaşmanın 80-ci dəqiqəsində meydana daxil olub.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib