Onun president postundan getməsi üçün 100 min imza toplandı - ARA QARIŞDI!

00:20 Dünya futbolu 88
Onun president postundan getməsi üçün 100 min imza toplandı - ARA QARIŞDI!

100 mindən çox insan FIFA prezidenti Canni İnfantino haqqında araşdırma aparılması tələbi ilə petisiya (imza kampaniyası) imzalayıb.

Sportinfo.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə “FairSquare” qeyri-kommersiya təşkilatı məlumat yayıb.

İnfantino vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, siyasi neytrallıq prinsipini pozmaqda və təşkilatın maraqlarını qorumamaqda ittiham olunur.

Təqdim olunan ittihamlar arasında ABŞ Prezidenti Donald Tramp ilə yaxın əlaqələr və ABŞ milli komandasının hücumçusu Folarin Baloqunun 2026-cı il Dünya Çempionatındakı diskvalifikasiyasının dayandırılmasında İnfantinonun müəmmalı rolu xüsusi yer alır.

“FairSquare” avqust ayında FIFA Komitəsinə məktub ünvanlayaraq İnfantinonun yeni müddətə namizədliyini irəli sürmək hüququndan məhrum edilməsini tələb edib.

“100 min insanın bu məsuliyyətə cəlb etmə çağırışına imza atması ictimaiyyətin artan narahatlığının bariz sübutudur”, – deyə təşkilatın direktoru Nikolas Makqihan məsələyə münasibət bildirərkən vurğulayıb.

Bundan əvvəl “FairSquare” oxşar şikayətlə Beynəlxalq Olimpiya Komitəsinə (BOK) müraciət etsə də, qurum məsələyə baxmaqdan imtina etmişdi.

İyul ayında isə İnfantino 4,2 milyard dollar cəlb etməklə FIFA-nın əsas turnirlərinə nəzarət edəcək “FIFA Forward Enterprise” şirkətini yaratmağı təklif etsə də, bu təşəbbüs UEFA, KONKAKAF, Asiya Futbol Konfederasiyası (AFC) və KONMEBOL tərəfindən birbaşa rədd olunmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
9 Sentyabr 23:40 Yeganə qol - VİDEO
9 Sentyabr 17:30 Çək və bizə göndər!
9 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM