"Araz-Naxçıvan"nın Azərbaycan turu davam edir.
Muxtar respublika təmsilçisi növbəti turda "Turan Tovuz"u Şamaxı şəhər stadionunda qəbul edəcək.
Halbuki kollektiv buna qədər olan ev oyunlarını Qəbələ şəhər stadionunda keçirib.
Mövsümün sonuna qədər belə olacağı gözlənilirdi.
Bəs nə dəyişdi?
Kiçik araşdırma sonrası məlum oldu ki, əslində "Araz-Naxçıvan" rəhbərliyi mövsümün əvvəlində Peşəkar Futbol Liqasına ev oyunu üçün Şamaxı şəhər stadionunun təqdim edib.
Sadəcə işıqlandırma ilə bağlı "Şamaxı" və "İmişli" komandalarına tətbiq edilən cəza "Araz-Naxçıvan"a da şamil edilib.
Məhz bu səbəbdən naxçıvanlılar ilk 4 turda ev oyunlarını Qəbələdə keçirməli olub.
XANOĞLAN/ SPORTİNFO.AZ
