Baş məşqçinin köməkçilərindən biri məlum oldu - Gürcü

10 Sentyabr 07:20 Basketbol 746
Baş məşqçinin köməkçilərindən biri məlum oldu - Gürcü

"Gəncə" basketbol klubunun baş məşqçisi Martin Knejeviçin köməkçilərindən biri məlum olub.

Sportinfo.az xəbər verir ki, bu, Davit Korcadzedir.

Gürcüstanlı mütəxəssislə qarşıdakı mövsümün sonunadək müqavilə bağlanıb. Korcadze böyük assistent funksiyasını yerinə yetirəcək.

33 yaşlı çalışdırıcı ilk dəfə vətənindən kənarda işləyəcək. O, buna kimi ölkəsində "Batumi" və "Burji" klublarında fəaliyyət göstərib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib