“Qəbələ”nin LEGİONER BAZARI - Ucuz və keyfiyyətli: VİDEO

27 Yanvar 2022 21:00 Qəbələ 1 200
“Qəbələ”nin LEGİONER BAZARI - Ucuz və keyfiyyətli: VİDEO

Azərbaycan Premyer Liqasının arxada qalan iki dövrəsində əcnəbi oyunçularından ən çox danışılan komanda "Qəbələ" oldu.

Onlarla bağlı futbol ictimaiyyətindəki fikirlərinin ortaq bir nöqtəsi vardı - "Ucuz və keyfiyyətlidilər".

Həqiqətən də nisbətən aşağı performans göstərən Omar Hani belə bölgə klubundan aldığı maaşın haqqını verə bilir.

Hələ oyunu qanedici olmasa belə, məhz "Qəbələ"yə transferindən sonra İordaniya milli komandasına belə dəvət edildi.

"Qəbələ"nin əcnəbilərindən danışırıqsa, ən başda adı keçməli simanının birmənalı olaraq İsnik Alimi olduğunu desək yalan demiş olmarıq.

Albaniyalı yarımmüdafiəçi meydanın mərkəzində böyük həcimdə iş görməyi bacardı. Yüksək top hissiyatı, meydanı görmə qabiliyyəti onu əsas özəlliklərindəndir.

"5 nömrə" Antalya toplanışı çərçivəsində baş tutan yoxlama oyunlarında da önə çıxmağı bacardı.

Onun meydanın mərkəzində topa etdiyi hərəkətlə göz oxşadı. Aliminin diqqət çəkən fintlərindən bir neçəsinin cəm olduğu videonu sizə təqdim edirik.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda