“Bəzi klublar öz futbolçularını milliyə buraxmadılar”

23 Sentyabr 02:30 Milli komanda 541
“Bəzi klublar öz futbolçularını milliyə buraxmadılar”

20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə U-21 yığmasından futbolçular cəlb olunacaq.

Sportinfo.az xəbər verir ki, bunu "report"a U-20-nin baş məşqçisi Ruy Jorje deyib.

Mütəxəssis yeni oyunçular üçün U-21 kollektivinin baş məşqçisi Rəşad Eyubovla müzakirə apardıqlarını söyləyib:

"Yaxın tarixdə U-21 yığmasının oyunları olacaq. Baş məşqçi Rəşad Eyubovla danışmışıq.

Həmin oyunlardan sonra U-21 yığmasından gələcək oyunçular var. Bundan başqa, biz daha əvvəlki tarixlərdən toplanışa başladığımız üçün bəzi klublar öz futbolçularını buraxmadılar.

Məsələn, ilk toplanışda Əli Bəşirovu hazırlığa cəlb etmək istəyirdik, lakin alınmadı. Həm də zədəsi var idi. İlk toplanışda Premyer Liqada çıxış edən futbolçuları çağırmamışdım.

Lakin toplanışın növbəti mərhələsində onlara da dəvət göndərəcəyik. Mən onları lap əvvəldən hazırlıq prosesinə cəlb edib, klublarında heyətə düşmək şanslarını itirmələrini istəməmişəm".

Digər Xəbərlər
Xəbər Lenti
19 Noyabr 18:10 Çək və bizə göndər!
19 Noyabr 00:30 "Qarabağ"dan ilk seçim