Sarayevoda beynəlxalq turnirdə iştirak edəcəklər - Üç nəfər

05:10 Cüdo 55
Sarayevoda beynəlxalq turnirdə iştirak edəcəklər - Üç nəfər

Sentyabrın 25-26-da Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Xüsusi Olimpiya Açıq Cüdo Turniri keçiriləcək.

Sportinfo.az xəbər verir ki, beynəlxalq yarışda Azərbaycan Cüdo Federasiyasının adaptiv cüdo qrupunun üzvləri Adilə Niftaliyeva, Sadiq Nəzirov və Yusif Nəsirli mübarizə aparacaqlar.

Bu turnir hər üç idmançının ilk beynəlxalq yarış təcrübəsi olacaq.

Adaptiv cüdo xüsusi qayğıya ehtiyacı olan şəxslərin fərdi imkanları nəzərə alınmaqla cüdo ilə məşğul olmasına və idman vasitəsilə sosial inteqrasiyasına imkan yaradır.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM