“Milan”ın baş məşqçisi Ruben Amorim komandanın inkişafının hazırkı mərhələsi barədə danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, yüksək pressinq üslubuna keçidin vaxt tələb etdiyini bildirib:
“Siz bu suala çox köklənmisiz. Biz hələ yolun lap əvvəlindəyik.
Düşünürəm ki, yüksək təzyiq (pressinq) üslubuna keçid vaxt tələb edir. Əlbəttə, çətinliklərlə üzləşəcəyik. Bizə daha çox vaxt lazımdır”.
Amorim bu yay “Milan”ın baş məşqçisi təyin olunub.
“Milan” A Seriyasının 5-ci turunda doğma meydanda “Leççe”ni 3:0 hesabı ilə məğlub edib və 11 xalla turnir cədvəlinin 5-ci pilləsinə yüksəlib. Komanda növbəti turda səfərdə “Sassuolo” ilə qarşılaşacaq.
