“Bursaspor” Toral Bayramovla paylaşım edib.
Klubun sosial media platformalarında edilən paylaşımda həmyerlimizin Azərbaycan millisinə dəvət alması qeyd olunub.
Və bu xəbər bursalı azarkeşlərin Torala olan münasibətini görməyimizə şərait yaradın.
Yazılan 100-lərlə şərhlərin arasında milli üzvünə dəstək olanlar tapılsa da, böyük əksəriyyət onun “Bursaspor”a fayda verməyəcəyini qeyd edib.
“İnstagram”da daha çox vaxt keçirməsi, yeni komandasındakı ab-havaya uyğunlaşa bilməməsi xüsusi şəkildə qabardılıb:
“Azəri qardaşlar, ağzınıza gələni yazmayın. Toralınızı hər mövqedə yoxladıq, komandanın “qan”ına uyğun gəlmir. Eynən Namiq Ələsgərov xətası oldu”.
“İnstagram”dan başı açılsa, yaxşı işlər görə bilər”.
“Bursaspor”a bir faydası olmadı, olacaq kimi də görünmür. İnşallah, milli komandada qol vurar, assist edər, nəticədə yaxşı təkliflər alar”.
“Həmişə demişəm, yenə təkrar edirəm, türk komandalarına cinah oyunçuları, qapıçı, mərkəz müdafiəçiləri lazım deyil, onlardan özümüzdə nə qədər istəsən var. Legioner kimi bizə lazım olan orta sahə oyunçusu və hücumçudur”.
“Yaxşı futbolçudur, amma fanatlar onu sevmir. Səbəbini yəqin ki, özü bilir”.
“Bursa”da oynaya bilmədi. Bəlkə milli komandada nəsə edər, biz də baxıb sevinərik”.
“Gəldiyi gündən buna Çempionlar Liqası görmüş deyirlər. Hansı Çempionlar Liqasıdır görəsən?”
“Bu adam “Bursaspor”da oynaya bilmir, millidə nə edəcək?”
“Ümid edirəm bir də Bursaya qayıtmaz. Qalsın vətənində, belədə “Bursaspor”a daha çox xeyri dəyər”.
“Topdan qaçır, pressinq etmir, driblinq görmədim. Bunun nəyinə “vau” tramsfer deyirdilər?”
“Buna Çempionlar Liqasında oynamış futbolçu deyirlər. Ya biz futbolu bilmirik, ya da azərilər”.
“Milli komanda? Vay Azərbaycan millisinin halına”.
25 yaşlı futbolçu “Bursaspor”un heyətində 2-si əsas heyətdə olmaqla 7 oyunda 237 dəqiqə mübarizə aparıb ki, 2 sarı vərəqə ilə yadda qalıb.
HƏBİB / SPORTİNFO.AZ
