“Arsenal”ın vingeri Noni Maduake qış transfer pəncərəsində komandanı tərk etməyəcək.
Sportinfo.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.
“Topçular”ın baş məşqçisi Mikel Arteta ingiltərəli futbolçunun az oyun vaxtı almasına baxmayaraq, onun göndərilməsini istəmir.
Daha əvvəl “Atletiko” və “Yuventus”un vingerə maraq göstərdiyi bildirilmişdi. Ancaq Arteta onunla bağlı bütün təkliflərin qarşısını almaq niyyətindədir.
Maduakenin özü də “Arsenal”da qalmaq və əsas heyətdə yer uğrunda mübarizə aparmaqda israrlıdır.
25 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 5 oyunda meydana çıxıb və 1 qol vurub. Onun komandası yanvarın 27-də, Çempionlar Liqasının əsas mərhələsinin son turunda Azərbaycan çempionu “Sabah”ı qəbul edəcək.
