“Barselona” bu transferdən ən azı 65 milyon avro qazanmaq istəyir

00:20 İngiltərə 106
“Barselona” bu transferdən ən azı 65 milyon avro qazanmaq istəyir

“Liverpul” mövsümə heç də yaxşı başlamayıb və artıq heyəti gücləndirmək barədə düşünür.

Mersisayd təmsilçisi orta xətt üçün “Barselona”nın futbolçusu Frenki de Yonqu transfer etməyi nəzərdən keçirir.

Kataloniya klubu niderlandlı oyunçunu satmağa açıqdır, ancaq onun keçidindən ən azı 65 milyon avro qazanmaq istəyir. “Liverpul” isə bu məbləği yüksək hesab edir.

Sportinfo.az “Fanatik”-ə istinadən xəbər verir ki, “Liverpul” 29 yaşlı yarımmüdafiəçinin transferi ilə bağlı danışıqlara öz futbolçusu Florian Virtsi də daxil etmək istəyir.

Bu halda “Barselona”nın ingilislərə əlavə ödəniş etməsi lazım gələcək.

“Liverpul”da özünü göstərə bilməyən almaniyalı yarımmüdafiəçi “Barselona”nın baş məşqçisi Hans-Diter Fliki maraqlandırır.

Bununla belə, kataloniyalıların həmin mövqedə artıq bir neçə futbolçusu var və onların “Liverpul”un təklifini qəbul edib-etməyəcəyi bəlli deyil.

“Barselona” UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah”ın rəqiblərindən biridir. Tərəflər noyabrın 25-də, Bakıdakı Olimpiya stadionunda üz-üzə gələcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM