“Neftçi” onu ehtiyata göndərməsə... Özü başa düşmür, kimsə başa salsın

20:40 Neftçi 181
“Neftçi” onu ehtiyata göndərməsə... Özü başa düşmür, kimsə başa salsın

Hər futbolçunun öz dövrü var.

“Neftçi”də Emin Mahmudovun başına and içən vaxtlar var idi. İndi o deyil.

Çox dəyişib. Yaş artıb, bədən yorulub, pul qazanılıb, ayaqlar qaçmağa yaramır. İndi qurduğu bizneslə məşğul olmaq, övladlarına daha çox vaxt ayırmaq, həyatdan zövq almaq zamanıdır.

Əlbəttə, “Neftçi” kimi neft borusunun içinə düşən heç bir kəs oradan çıxmaq istəməz. Qoxusuna da dözər, mazutuna da. Təki pul gəlsin.

Ancaq bəzən elə olur ki, futbolçu getmək istəmir. Göz doyur, qarın doymur, ya da əksinə. Belə olan halda danışırsan, başa salırsan, yerini göstərirsən, sakitləşir.

Mahmudov adlı kapitan bugünkü “Neftçi”nin əsas heyətində artıq adamdır. Qustavo Klismanı ehtiyatda saxlayıb, “11-lik”də Emini oynatmaq futbol adına həqarətdir.

İstiqanlı, mədəni, tərbiyəli, qanacaqlı oğlandır. Futbolçu kimi də baxımlı keçmişi olub, milli və “Neftçi” üçün yaxşı işlər görüb. Bütün bunlara görə “təşəkkür”ü çoxdan haqq edib.

Klub rəhbərliyi və baş məşqçi həqiqətən də 90 illiyi çempionluqla qeyd etmək, ən pis halda ölkə kubokunu qazanmaq istəyirsə, Eminə vəziyyəti başa salmaq lazımdır.

Deməlidilər ki, qaça bilmirsən, ayaq üstə güclə dayanırsan, ikili mübarizələri uduzursan, sürət baxımından “axsayırsan”, otur skamyada, pulunu qazan, qalan 8 ayın həzzini al və get dincəl.

Bir neçə matçda “11-liy”ə yaxın buraxmasınlar. Görün, “Neftçi”nin oyununda dəyişiklik olacaq, ya yox.

HƏBİB / SPORTİNFO..AZ

Digər Xəbərlər
Xəbər Lenti