“Bakı həmişə ciddi sınaqlar vəd edir, orada çıxış etməyi bəyənirəm”

05:50 Atçılıq 111
“Bakı həmişə ciddi sınaqlar vəd edir, orada çıxış etməyi bəyənirəm”

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alpin" komandasının pilotu Pyer Qasli Bakıdakı yarışı bəyənir.

Sportinfo.az xəbər verir ki, sürücü bu barədə Fransa təmsilçisinin mətbuat xidmətinə açıqlama verib.

30 yaşlı pilot Azərbaycan Qran-prisi haqqında fikirlərini bölüşüb:

"Bakı həmişə ciddi sınaqlar vəd edir. Mən oradakı yarışda çıxış etməyi bəyənirəm. Trasın yüksək sürətli və dolanbaclı hissələri xoşuma gəlir.

Üstəlik, çoxsaylı ötmə imkanları sayəsində buradakı mübarizələr adətən həyəcanlı keçir. 2021-ci ildə Bakıda podiuma yüksəlmişdim.

Amma son illərdə bu trasda komandamızın işləri elə də yaxşı getməyib. Ümid edirəm ki, xal qazanmaq üçün imkan əldə edəcəyik".

Xatırladaq ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM