Azərbaycan çempionatında iştirakçıların siyahısı dəyişdirildi, bu komanda kənarda qaldı

02:40 Basketbol 87
Azərbaycan çempionatında iştirakçıların siyahısı dəyişdirildi, bu komanda kənarda qaldı

2026/2027 mövsümündə Azərbaycan Basketbol Liqasında (ABL) iştirakçı klubların siyahısında dəyişiklik edilib.

Sportinfo.az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ABL və ölkə kubokunun keçirilməsi haqqında əsasnamənin 3.3 və 5.12-ci maddələrinə əsasən, klubların qeydiyyat tələblərinin yerinə yetirilməsi ilə bağlı aparılan qiymətləndirmənin nəticəsində ABL İdarə Heyəti tərəfindən müvafiq qərar qəbul edilib.

Qərara əsasən, 2026/2027 mövsümündə "Sumqayıt" ABL-də, "Şəki" isə ABL 2-də iştirak edəcək.

Beləliklə, 2026/2027 mövsümündə ABL-də "Sabah", "LANDAU Lions", "Gəncə", "Neftçi", "Ordu", "Naxçıvan", NTD Və "Sumqayıt" komandaları mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM