"Azərbaycanda prioritet klub futboludur, milliyə böyük təzyiq yoxdur”

20:20 Milli komanda 127
"Azərbaycanda prioritet klub futboludur, milliyə böyük təzyiq yoxdur”

"Azərbaycan millisi reytinqdə bir az yuxarıda olsa da, düşünürəm ki, bunun o qədər də əhəmiyyəti yoxdur.

Məncə, zehni, fiziki və taktiki cəhətdən daha yaxşı hazırlıqlı olan komandalar qalib gələcək".

Sportinfo.az xəbər verir ki, bu sözləri UEFA Mİllətlər Liqasında Azərbaycanın rəqibi olan Litva millisinin baş məşqçisi Edqaras Yankauskas deyib.

O, Litva mətbuatına müsahibəsində bildirib ki, Azərbaycanın priorotet milli komanda yox, klub futboludur:

"Azərbaycan yerli oyunçu qaydasından imtina etdi və klubları Çempionlar Liqasına çıxdı. Bəs orada nə qədər yerli oyunçu oynayır?

Milli komanda üçün hansı tələblər var? Düşünürəm ki, orada prioritet klub futboludur.

Görünür, milli komandaya böyük təzyiq yoxdur. Onların seçdiyi yol budur.

Düşünürəm ki, bizimki fərqli olmalıdır. Burada milli komandaya qarşı təzyiq, tələblər və gözləntilər daha yüksəkdir.

Mənə elə gəlir ki, əsas məqsədimiz yerli oyunçularımız olmalı və onlar üçün daha əlverişli qaydalar hazırlanmalıdır. İnanıram ki, bu, milli komanda, Litva futbolu üçün müsbət təkan olardı".

Azərbaycan millisi Litva yığması ilə UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 27-də səfərdə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti