“Qarabağ”da çıxış edən 17 yaşlı hücumçu Pakistan yığmasına çağırıldı

23 Sentyabr 03:50 Hadisə 559
“Qarabağ”da çıxış edən 17 yaşlı hücumçu Pakistan yığmasına çağırıldı

Pakistan millisinin İndoneziyada keçiriləcək FIFA ASEAN (Cənub-Şərqi Asiya) Kuboku üçün heyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Nolberto Solano 23 futbolçuya dəvət göndərib ki, onlardan 2-si Azərbaycanda çıxış edir.

Belə ki, “Sumqayıt”ın yeni kapitanı təyin olunan müdafiəçi İsa Suliman və “Qarabağ” akademiyasında çıxış edən 17 yaşlı hücumçu Abdul Samad da qarşıdakı matçlarda iştirak edə biləcəklər.

Pakistan yığması turnir çərçivəsində sentyabrın 26-da Tailand, 29-da Filippin, oktyabrın 2-də isə Vyetnamla qarşılaşacaq.

FIFA ASEAN Kubokunun mükafat fondu 4 milyon dollardır.

futbolçu

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 17:40 Biri belə, biri elə