"Sumqayıt" basketbol klubu Kamran İmanovla yeni müqavilə bağlayıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib.
Ötən mövsüm də komandanın şərəfini qorumuş basketbolçu ilə daha 1 illik anlaşma əldə olunub.
K.İmanov klub yarandığı ildən müəyyən fasilələrlə hər üç mövsümdə "Sumqayıt"ın formasını geyinib.
