Azərbaycanda 16-cı komanda onlar oldu

03:10 Sabah 71
Azərbaycanda 16-cı komanda onlar oldu

"Sabah" Premyer Liqada 250-ci oyununu keçirib.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Masazır klubu turnirin tarixinə 250 və daha çox matça çıxan 16-cı komanda olub.

Paytaxt təmsilçisinin yubileyi Azərbaycan Premyer Liqasının VI turuna təsadüf edib.

"Sabah" evdə "İmişli"yə qalib gəlib – 3:1.

Son ölkə çempionu 250 qarşılaşmada 112 qələbə qazanıb, 62 heç-heçə edib və 76 dəfə uduzub. Oyunlardan 125-i evdə, 125-i səfərdə baş tutub.

"Sabah" ilk matçını 2018-ci il avqustun 12-də səfərdə "Sumqayıt"a qarşı keçirib – 1:0.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM