“Olimpiakos”dan Premyer Liqamıza gələnin topuğu iki yerdən çatladı

22 Sentyabr 23:40 Zirə 138
“Olimpiakos”dan Premyer Liqamıza gələnin topuğu iki yerdən çatladı

“Zirə”nin yarımmüdafiəçisi Vieyrinyanın yaşıl meydanlara dönüş tarixi müəyyənləşib.

Misli Premyer Liqasının 5-ci turunun "Qarabağ"la (1:1) oyununun 27-ci dəqiqəsində sıradan çıxan portuqaliyalı minimum 2,5 ay gözləməli olacaq.

Hücameylli yarımmüdafiəçinin topuğunda iki çat aşkarlanıb. Odur ki, noyabrın sonu, dekabrın əvvəlindən tez məşqə başlaya bilməyəcək.

29 yaşlı yarımmüdafiəçi Azərbaycana gələnə qədər yalnız Portuqaliya və Kiprdə oynayıb.

Tam adı Filipe da Silva Tavares Vieyra olan legioner “Zirə”yə “Olimpiakos”dan keçib. O, 2024-cü ildən formasını geyindiyi Nikosiya təmsilçisində 58 oyuna 12 qol vurub.

«Feyrense»nin yetirməsi karyerası ərzində «Sanjoanense», «Salqueyros», «Qondomar», «Akadémiko Viseu», «Espino», «Sao Joao de Ver» və «Beyra-Mar»ın uğurları üçün tər töküb. Zirəlilər onunla 2 illik müqavilə bağlayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM