Millimizin sabiq müdafiəçisi yenidən Azərbaycana qayıtdı

22 Sentyabr 21:20 Səbail 2 932
Millimizin sabiq müdafiəçisi yenidən Azərbaycana qayıtdı

“Səbail” yeni transferlə güclənib.

Birinci Liqa təmsilçisi Azərbaycan millisinin sabiq üzvü Sərtan Taşkını heyətinə qatıb.

28 yaşlı müdafiəçinin son klubu Türkiyənin “Serik Spor” komandası olub.

O, Türkiyədə "Manisa" klubunda da çıxış edib.

Cinah müdafiəçisi ölkəmizdə “Zirə”, “Sumqayıt” və “Turan Tovuz” klublarında oynayıb.

Bütün aşağı yaş qrupları üzrə milli komandalarımızda forma geyinmiş Sərtan Taşkın əsas millidə 2 oyuna çıxıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
6 Noyabr 18:10 Çək və bizə göndər!