“İndiyədək Azərbaycandan mənə heç vaxt təklif gəlməyi”b

00:30 Hadisə 105
“İndiyədək Azərbaycandan mənə heç vaxt təklif gəlməyi”b

Tacikistan millisinin kapitanı Axtam Nazarov Azərbaycanla keçiriləcək yoldaşlıq oyunundan öncə təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, komandasının Bakıda keçiriləcək qarşılaşmaya hazır olduğunu bildirib.

“Azərbaycanda bizi yaxşı qarşıladılar. Sabah meydanda iki yaxşı komanda mübarizə aparacaq. Y

axşı futbol göstərməyə hazırıq. Azərbaycan millisinin bəzi futbolçularını tanıyıram. Kapitanı, həmçinin cinah yarımmüdafiəçilərini tanıyıram.

Oleq Baklov da burada oynayır, amma indiyədək Azərbaycandan mənə heç vaxt təklif gəlməyib.

Azərbaycan futbolunu izləyirəm. Komandalarınız Çempionlar Liqasında çıxış edir. Sizə uğurlar arzulayıram”.

Sentyabrın 23-də "Neftçi" arenada keçiriləcək qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM