Azərbaycandakı yarışı boykot etməyə çağırır - Ukraynalılar

Azərbaycandakı yarışı boykot etməyə çağırır - Ukraynalılar

Rusiyanın U-15 yığmasının FIFA tərəfindən oktyabrda Azərbaycanda keçiriləcək dünya çempionatına dəvət edilməsi və iştirakının təsdiqlənməsi Ukraynanın narazılığına səbəb olub.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, ukraynalılar digər ölkələri mundialı boykot etməyi nəzərdən keçirməyə çağırıb.

Ukraynanın gənclər və idman naziri Matvii Bidnı bildirib ki, turnirdən imtina edən Almaniya və İslandiya kimi, digər ölkələrdən də addımı gözləyirlər:

“Digər milli assosiasiyaları da bu qərara qoşulmağa və mövqelərini açıq şəkildə ortaya qoymağa çağırırıq.

FIFA-nın 2022-ci ildə Rusiyanı beynəlxalq yarışlardan kənarlaşdırmaq qərarı bütün səviyyələrdə, qeyri-rəsmi turnirlər üçün hər hansı boşluq yaradılmadan qüvvədə qalmalıdır”.

U-15 Dünya Çempionatı 23-31 oktyabr aralığında keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM