Ölkəmizin çempionunun ÇL-də oyunlarının təqvimi açıqlandı

23 Sentyabr 02:20 Turan 374
Ölkəmizin çempionunun ÇL-də oyunlarının təqvimi açıqlandı

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan”ın oyunlarının təqvimi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu haqda Azərbaycan Futzal Federasiyasının saytı məlumat yayıb.

Təmsilçimiz oktyabrın 27-də Macarıstanın “Uypest”, ertəsi gün Bosniya və Herseqovinanın “Buba Mara” komandaları ilə qarşılaşacaq.

“Qırmızı-ağlar” qrupda son görüşünü oktyabrın 30-da “Piast”a qarşı keçirəcək.

5-ci qrupun oyunları Polşanın Qlivice şəhərindəki “Prezero Arena”da keçiriləcək. Qarşılaşmaların başlama saatı hələ açıqlanmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM