“Kəpəz”in moldovalı legioneri Gəncədə nədən qorxub?

03:40 Kəpəz 116
“Kəpəz”in moldovalı legioneri Gəncədə nədən qorxub?

“İlk hissə daha çətin keçdi, oyuna bir qədər qorxu ilə daxil olduq.

Lakin matç ərzində özümüzü toparladıq və son dəqiqələrdə qol vurmaq üçün daha iki real şansımız oldu”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Kəpəz”in moldovalı futbolçusu Viktor Stina Misli Premyer Liqasının altıncı turunda evdə “Sumqayıt”la 1:1 hesablı heç-heçə etdikləri oyun barədə danışarkən deyib.

O, azarkeşlərin dəstəyindən danışıb.

“Hər ev oyununda olduğu kimi, burada oynamaq möhtəşəmdir. Azarkeşlərimizə təşəkkür edirik. Onlar bizi çox dəstəkləyirlər. Dediyim kimi, son dəqiqələrdə qışqıraraq bizi qol vurmağa sövq edirdilər”, - deyə o, vurğulayıb.

Futbolçu qarşıdakı milli komanda fasiləsi barədə də fikirlərini bölüşüb:

“Bəli, bizi yaxşı milli komandalara qarşı dörd çətin oyun gözləyir. Bu, çətin dövr olacaq. Çünki 12 gün ərzində dörd matç keçirəcəyik. Ona görə də asan olmayacaq”.

28 yaşlı yarımmüdafiəçi öz çıxışını da qiymətləndirib: “Bəli, performansımdan razıyam. Amma daha yaxşı ola bilər”.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM