Kapitan saxta COVID sertifikatı aldığını etiraf etdi, millidən uzaqlaşdırıldı

10:20 Dünya futbolu 134
Kapitan saxta COVID sertifikatı aldığını etiraf etdi, millidən uzaqlaşdırıldı

Qranit Caka pandemiya dövründə saxta COVID-19 sertifikatı əldə etdiyini etiraf edib və millidən uzaqlaşdırılıb.

Sportinfo.az xəbər verir ki, komandanın kapitanı “Instagram” hesabında bəyanat yayaraq peyvəndə inamsızlıq göstərdiyini və səhv addım atdığını etiraf edib.

Faktla bağlı Lüsern kantonunun prokurorluğu tərəfindən sənəd saxtakarlığı maddəsi ilə Caka və ona sertifikat təmin edən həkimə qarşı cinayət işi açılıb. İsveçrə qanunvericiliyinə əsasən, futbolçunu cərimə və ya 5 ilədək həbs cəzası gözləyə bilər.

Yaranmış skandal səbəbindən İsveçrə Futbol Federasiyası ulduz yarımmüdafiəçini milli komandanın toplanışından kənarlaşdırıb.

Caka qarşıdakı 4 matçı (Şimali Makedoniya, Şotlandiya, Sloveniya) buraxacaq. Onun yığmadakı gələcək taleyi isə oyunlardan sonra müəyyənləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!