“Bura gəlməyimdə əsas məqsəd daha çox şans qazanmaqla bağlıdır”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan“ın yay transferi Rövlan Muradov deyib.
Mövsümlərarası fasilədə bura gələn yarmmüdafiəçi bildirib ki, “Zirə” və “Sumqayıt”la müqayisədə “Araz-Naxçıvan”da daha çox şans qazanır:
“Mən də öz növbəmdə “Araz-Naxçıvan”a fayda vermək üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Qarşıda millinin oyunları olacaq.
Mütəmadi oynamaqla baş məşqçinin diqqətini çəkəcəyimə ümid edirəm. “Araz“ güclü komandadır, təəssüf ki, hələ Premyer Liqada qələbə qazana bilməmişik.
Altı turda qalibiyyətə layiq oynadığımız bir neçə oyun olub. Şubhəsiz, bu vəziyyətdən çıxacağıq“.
