Müdafiə xətti üçün 3 namizədi var - “Mançester Yunayted”in

00:00 İngiltərə 89
Müdafiə xətti üçün 3 namizədi var - “Mançester Yunayted”in

“Mançester Yunayted” klubunun rəhbərliyi gələn il müdafiə xəttini gücləndirməyi planlaşdırır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın transfer siyahısında üç müdafiəçi yer alıb.

Bunlar “Leççe”dən Tiaqo Qabriel, “Everton”dan Cerrad Brantueyt və “Ştutqart”dan Finn Yelçdir.

“Mançester Yunayted” İngiltərə Premyer Liqasında keçirdiyi 5 oyunda qapısında 8 qol görüb. Maykl Karrikin rəhbərlik etdiyi komanda 5 xal toplayıb və turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

“Qırmızı şeytanlar” çempionatda növbəti matçını doğma “Old Trafford” stadionunda “Tottenhem”ə qarşı keçirəcək.

Komanda Çempionlar Liqasının ilk turunda Azərbaycan çempionu “Sabah”ı 4:0 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM