"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas yeni qapıçının alınmasını istəməyib.
Klub rəbərliyi bunun üçün büdcə ayırmağa hazır olduğunu bildirib, o isə "ehtiyac yoxdur" deyib.
Masazır təmsilçisi bu mövsüm üç "cəbhə"də mübarizə aparır. Çempionlar Liqası ilə yanaşı, Premyer Liqa və ölkə kubokunda müarizəni göz önünə gətirən yönətim komandanın yalnız
Stas Pokatilovun ümidinə qalmasından narahatdır.
Çünki qazaxıstanlı kiperlə müqayisədə Amin Ramazanovla Rəvan Mirzəmmədov xeyli gənc və təcrübəsizdir. Pakatilova bir şey olsa, zədələnsə, yaxud cəzalansa, işlər çətinə düşəcək.
İdarəçilər bununla bağlı litvalı mütəxəssisə xəbərdarlıq edib. O isə qış fasiləsindən tez bu barədə düşünmək istəmədiyini bildirib.
Dambrauskas deyib ki, Pakatilov uğurlu mövsüm keçirib, hazırda da əla formadadır və indi yeni əcnəbi qolkiper gətirmək bir qədər riskli qərar olardı.
Təcrübəli çalışdırıcı ehtiyat eləyir ki, növbəti "əlcək sahibi"nin alınması kollektivin nizamını poza bilər,
Son ölkə çempionu yaydan bəri 9 transfer çalışması həyata keçirib.
Yunis Laçabı ("Lill", Fransa - icarə), Eyden Makkarti ("Kayzer Çifs", CAR), Junior Erivaldo Almeyda ("Maritumu", Portuqaliya), Patrik Orfe Mbina ("Maribor", Sloveniya), Ksander Severina ("Makkabi" Hayfa), Amin Ramazanov ("Qarabağ"), Kristian Nvaçukvu ("Şeffild Yunayted", İngiltərə), Du Keyros ("Zenit", Rusiya - icarə) və Karlos Eduardo (“Jil Visente”, Portuqaliya - icarə) kollektivə qoşulub.
SPORTİNFO.AZ
