“48 yaşımda iki təklifi rədd etdim, lakin bir suala cavab verməli idim”

01:40 İtaliya 70
“48 yaşımda iki təklifi rədd etdim, lakin bir suala cavab verməli idim”

“Roma”nın sabiq futbolçusu Françesko Totti peşəkar futbola qayıtmaq üçün aldığı təkliflərdən imtina edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 50 yaşlı italiyalı sabiq hücumçu bunu “Oltre” adlı yeni kitabında açıqlayıb:

“48 yaşımda olarkən “Cenoa” və “Komo”dan gələn təklifləri rədd etdim. Bədənim geri dönüşə hazır idi, lakin bir suala cavab verməli idim:

“Roma”ya qarşı oynamağa hazırammı?” Daxilimdəki cavab aydın idi, buna görə də təkliflərdən imtina etdim”.

Totti bütün peşəkar karyerasını “Roma”da keçirib. O, 1993-2017-ci illərdə çıxış etdiyi komandada 785 oyunda 307 qol vurub və 205 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM