“Sabah”ın Çempionlar Liqasındakı rəqiblərindən olan “Napoli”nin yarımmüdafiəçisi Kevin de Bruynenin klubda son mövsümünü keçirdiyi ehtimal olunur.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflərin müqavilənin müddətinin uzadılması ilə bağlı danışıqları dalana dirənib.
Belçikalı futbolçunun hazırkı anlaşması gələn ilin yayında başa çatacaq. Hazırda hər şey yarımmüdafiəçinin mövsümün sonunda azad agent kimi komandadan ayrılacağına işarə edir.
De Bruynenin “Napoli”yə keçidi 2025-ci ildə baş tutub. O, İtaliya klubuna azad agent statusunda qoşulub. Futbolçu bundan əvvəl 10 il ərzində “Mançester Siti”nin formasını geyinib.
35 yaşlı oyunçu cari mövsümdə Massimiliano Alleqrinin rəhbərlik etdiyi komandada 6 matç keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.
