Azərbaycan - Tacikistan matçının biletləri satışa çıxarıldı

23 Sentyabr 11:00 Azarkeş 1 038
Azərbaycan - Tacikistan matçının biletləri satışa çıxarıldı

Azərbaycan millisi sentyabrın 23-də Tacikistanla yoldaşlıq görüşündə qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, “Palms Sports Arena”da keçiriləcək matç saat 20:00-da başlayacaq.

Biletləri “iTicket.az” saytından onlayn şəkildə əldə etmək mümkündür.

Azərbaycan millisi bu oyundan sonra UEFA Millətlər Liqasında mübarizəyə başlıyacaq. Yığma sentyabrın 27-də səfərdə Litva, oktyabrın 1-də Lixtenşteyn və oktyabrın 4-də yenidən Litva ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti