"Neftçi" Türkiyə klubundan mərkəz müdafiəçisini icarəyə götürdü

11:20 Neftçi 330
"Neftçi" Türkiyə klubundan mərkəz müdafiəçisini icarəyə götürdü

“Başakşəhər”in legioneri Albert Ajua Qomez “Neftçi”yə keçib.

Sporinfo.az “Spor Depor” nəşrinə istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi 20 yaşlı mərkəz müdafiəçisini satınalma şərti ilə icarəyə götürüb.

1,89 metr boyu olan Qomez Qambiya vətəndaşıdır. O, stopper mövqeyi ilə yanaşı, sol cinah müdafiəçisi kimi də çıxış edə bilir.

Qomez 2025-ci ilin yayında yerli “Falkons”dan “Başakşəhər”in U-19 komandasına keçib. Gənc futbolçu daha sonra Gürcüstanın “Dinamo Tbilisi” klubunun ikinci komandasında icarə əsasında çıxış edib.

Albert Ajua Qomez 2026/2027 mövsümündə “Başakşəhər”in əsas komandasında meydana çıxmayıb. Onun karyerasında U-19 səviyyəsində 16 oyun (1440 dəqiqə) və 1 sarı vərəqə var.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!