Fransızı almadıqları üçün peşman olacaqlar?

10:20 İngiltərə 120
Fransızı almadıqları üçün peşman olacaqlar?

“Çelsi”nin yay transfer dönəmində “Roma”nın yarımmüdafiəçisi Manu Koneni transfer etmək istədiyi üzə çıxıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb.

London klubu yayda 25 yaşlı futbolçunu təxminən 50 milyon avroya ala bilərdi. Ancaq “Çelsi” bu transferdən imtina edib.

Yeni mövsümə uğurlu start verən “Roma” isə hazırda Koneni 100 milyon avro dəyərində qiymətləndirir.

Fransalı yarımmüdafiəçi cari mövsümdə bütün turnirlərdə 6 oyuna çıxıb və 2 qol vurub. Onun “Roma” ilə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir.

“Transfermarkt” portalı Konenin bazar dəyərini 60 milyon avro qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!