“Bizim də öz siyasətimiz var, bu liqanı keçirmək lazım deyil”

22:40 Şamaxı 114
“Bizim də öz siyasətimiz var, bu liqanı keçirmək lazım deyil”

“Şamaxı”nın İdarə heyətinin sədri Elçin Usub əvəzedicilər liqasının keçirilməsinə qarşı olduğunu bildirib.

Sportinfo.az xəbər verir ki, o, jurnalistlərə müsahibəsində qeyd edib ki, bu liqa onların klubu üçün prioritet deyil:

“Əvəzedicilər liqası bizim üçün prioritet deyil. Ümumiyyətlə, bu çempionatın mahiyyəti nədən ibarətdir?

Klublar Komitəsində bu məsələ dəfələrlə müzakirə olunub. Dəfələrlə AFFA-ya müraciət etmişik, bildirmişik ki, bu, lazımsız liqadır. Əvəzinə, aşağı liqalara daha ciddi dəstək lazımdır.

Bizim o qədər görüləsi işlərimiz var ki, öz məhdud resurslarımızı buna yönəldə bilmərik. Digər bizim kimi kiçik klublarda da belədir".

"Şamaxı" əvəzediclər liqasında 4 oyuna 1 xalla sonuncu - 12-ci yerdədir. Elçin Usub əlavə edib ki, hazırkı şəraitdə əvəzedilər liqası üçün resurs tapmaq onlar üçün çətindir:

"Bizim ekosistemdə yerimiz fərqlidir. Məsələn, “Neftçi”nin futbolçusu Rüfət Abbasov əvəzedicilərdən əsas komandaya yüksəldi, amma sonra nə oldu?

Biz götürdük, oynadı və yenidən “Neftçi”yə qayıtdı. Kiçik klublardan gözləntilər böyükdür. Bizim də öz siyasətimiz var.

Təbii ki, könül istəyər ki, yaxşı baza, şərait olsun. Şamaxı stadionunda 8 aşağı yaş qrupu və əsas komanda məşq edir.

Belə bir şəraitdə, əvəzedicilərə də resurs tapmaq çətindir, bizim prioritetimiz deyil”.

Digər Xəbərlər
Xəbər Lenti