Yığmamızın Avropa çempionatında növbəti oyunu kimlərə tapşırıldı?

23 Sentyabr 03:30 Milli komanda 492
Yığmamızın Avropa çempionatında növbəti oyunu kimlərə tapşırıldı?

21 yaşadək futbolçulardan ibarət Azərbaycan komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.

Sportinfo.az xəbər verir ki, millimiz evdə Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

“Bank Respublika Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:45-də başlanacaq.

İrlandiyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

25 sentyabr

17:45. Azərbaycan (U-21) - Çexiya (U-21)
Hakimlər:
Aaron O`Doud, Darra Kigan, Şeyn Cerrard O`Brayen, Pol Norton
Bank Respublika Arena

Yığmamız sentyabrın 30-da Şotlandıiya, oktyabrın 6-da isə Cəbəllütariq millisi ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti